"Unudulmaz lider-unudulmaz şəxsiyyət" adlı tədbir keçirilib

img

Tovuz Peşə Liseyində müasir Azərbaycanın memarı, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın Ümummilli lideri və Ulu öndəri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Unudulmaz lider-unudulmaz şəxsiyyət" adlı silsilə tədbirlərdən ilki keçirilib.



Rezonans.az xəbər verir ki, Tovuz Peşə Liseyində Lisey və Yeni Azərbaycan Partiyasının Tovuz Rayon Təşkilatı ilə birgə Azərbaycan Respublikasında müasir Azərbaycanın qurucusu və memarı, Azərbaycançılıq ideologiyasının müəllifi, Ulu öndər və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlərdən ilki təşkil olunub. Tədbirdə Tovuz Peşə Liseyinin müəllim və tələbələri ilə bərabər, Yeni Azərbaycan Partiyasının Tovuz Rayon Təşkilatının sədr müavini, İlqar Kərimov, aparatın əməkdaşı Emin Feyzizadə, Tovuz Gənclər Evinin Direktoru Rauf Rüstəmov və digər qonaqlar iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Liseyin Direktor əvəzi Nicat Göyüşlü həm ulu öndərin və habelə, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş həm də, Birinci və İkinci Qarabağ - Vətən müharibəsi şəhidləri və bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla anaraq, ümummilli liderin siyasi, ictimai fəaliyyəti və gənclərlə bağlı tövsiyyələrini, dövlətimizin 1991-1993 - cü illərdəki idarəetmədə yaşanan xaotik vəziyyəti qısamüddət ərzində siyasi və diplomatik qabiliyyəti və uzaqgörən iradəsi hesabına nizamladığı və siyasi, iqtisadi stabillik əldə etməsini və bunun da məntiqi nəticəsi olaraq, dövlətimizin inkişafına təkan verdiyini qeyd etdi. Daha sonra, Liseylə Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının qarşılıqlı əməkdaşlığı sayəsində birgə və davamlı tədbirlərin təşkil olunacağını vurğuladı və elə bu məqsədlə də, dəyərli qonağımız YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimova söz verildi. İlqar Kərimov isə öz növbəsində Heydər Əliyev siyasi kursu və diplomatik nailiyyətləri haqqında ətraflı, təfsilatlı və konkret faktlarla məruzə etdi və bu məruzəsində bir çox tədqiqatçılıq və araşdırmalarla dünya siyasi arenasında bu kimi şəxsiyyətlərin çox nadir hallarda dünyaya gəlməsini və bunun da, bizim xalqa, millətə və dövlətə qismət olmasını vurğuladı. Həqiqətən, dünya siyasi arenasında şəriksiz idarəetmə və diplomatik lider kimi yüksək bacarıqlara sahib bir şəxsiyyətin xalqımızın, dövlətimizin və millətimizin gələcəyini yüksək uzaqgörənliklə planlaşdırdığı bu günki inkişaf səviyyəmizlə aydın olur deyə ifadə etdi. Sonra isə çıxış üçün söz Liseyin Təlim-tərbiyə işləri üzrə direktor müavini Sərxan Musayevə verildi. Sərxan Musayev öz növbəsində çıxışını Ümummilli liderin çoxşaxəli daxili və xarici siyasətinin üç əsas istiqamətini önə çəkdi. Bunlardan, daxili siyasətinin və dövlətin təhlükəsizliyinin əsasını təşkil edən hərbi fəaliyyəti, Gənclər siyasəti və informasiya - kommunikasiya texnologiyalarının inkişafı istiqamətində qəbul edilən və imzalanan qərar, hüquqi normativ aktlardan və qısa müddətdə əldə edilən nailiyyətlərdən bəhs etdi. Məhz müasir Azərbaycanın hələ 1969-1982-ci illərdə dahi şəxsiyyətin yüksək idarəçilik qabiliyyəti və Vətənə bağlılığı sayəsində hal-hazırkı inkişafına ciddi zəmin hazırladığı xüsusilə qeyd olundu. Dahi şəxsiyyətin daim vətəninə, xalqına və millətinə sadiq və bağlı bir insan və lider, rəhbər kimi daim gənclərimizə onun irsinin yüksək səviyyədə öyrənilməsini tövsiyyə etdi. Sonda, Tovuz Gənclər Evinin Direktoru, hörmətli Rauf Rüstəmova söz verilmiş və natiq bu günlə bağlı digər tarixi anların yaşandığı bir məqama diqqət çəkərək, məhz bu günlərdə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Ümummilli liderin siyasi, diplomatik və hərbi kursunun məntiqi nəticəsi olaraq, Cənab Ali Baş Komandanımızın yüksək hərbi və idarəetmə qabiliyyəti ilə 44 günlük Vətən müharibəsində - "Zəfər müharibə" mizdə xalqımızın igid oğullarının sayəsində mənfur düşmənlərimizdən azad olunmuş və 2022-ci il üzrə Türk Dünyasının Mədəniyyət Mərkəzi seçilmiş Şuşa şəhərində təşkil olunmasının Heydər Əliyev dühasının və onun siyasi və iqtisadi inkişafı təmin etməsi sayəsində mümkünlüyünü xüsusilə önə çəkdi və Gənclər Evinin fəaliyyətindən və tələbələrlə bağlı fəaliyyət istiqamətlərindən bəhs edərək, iştirakçı tələbələrə öz tövsiyyələrini vermişdir. Natiq dövlətimizin və cəmiyyətimizin əsas qüvvəsi olan gənclərimizin 27 Sentyabr - 10 Noyabr 2020 - ci il tarixlərində - 44 günlük "Zəfər müharibə" mizdə və habelə, hər zaman dövlətimizin və xalqımızın birliyi naminə Cənab Ali Baş Komandanın ətrafında sıx birləşdiyini də ifadə etmişdir. Sonda, tədbir Liseyin tələbələrinin hazırladıqları bədii çıxışlarla davam edib və habelə, Tovuz şəhəri, Nəsrəddin Tusi adına məktəb-lisey kompleksinin 5 F sinif şagirdi Məhəmməd Rəsulovun Ulu öndər və Ümummilli liderə həsr olunmuş şeir ifası və bütün iştirakçılara təşəkkürlər ifadə olunması ilə yekunlaşıb.


Xəbəri paylaş: