"Yeni binamızda Azərbaycan və Ermənistan XİN başçıları ilə sülh danışıqları aparırıq"

img

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündən paylaşım edib.

Rezonans.az xəbər verir ki, tviter səhifəsindəki paylaşıma Blinken bu sözləri yazıb:

Bu həftə yeni binamız - Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardı", - deyə qeyd edilib.

Xəbəri paylaş: