Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq

img

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq 03 may 2023 15:32 (UTC +04:00) Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq.


Rezonans.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.


"Bildiyiniz kimi Türkiyədən xaricdə yaşayan vətəndaşlarımızın prezident və parlament seçkilərində səsvermə prosesi başlayıb. YSK-nın qərarına əsasən Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu quraşdırılıb", - deyə diplomat bildirib.


Səfir qeyd edib ki, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb.


“5 may saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək", - səfir qeyd edib.

Xəbəri paylaş: