Astarada itkin düşən kişinin meyiti tapıldı

img

Mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Rezonans.az xəbər verir ki, ilkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Xəbəri paylaş: