Azərbaycanla Ermənistan müzakirələri davam etdirmək barədə razılığa gəlib - YENİLƏNİB

img

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-4-də ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqlar aparılıb.

Rezonans.az  XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

18:44

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü başlayıb.

Rezonans.az  xəbər verir ki, ABŞ-nin Arlington şəhərində keçirilən görüşdə sülh sazişi layihəsi istiqamətində müzakirələr aparılır.

Tərəflərin bundan sonra ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü də gözlənilir.

Xəbəri paylaş: