Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rezonans.az xəbər verir ki, rayonun Qəhrəmanlı qəsəbəsində 1994-cü il təvəllüdlü Əyyub Salahlının idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Orucov və 1995-ci il təvəllüdlü Eltun Xudiyev ölüb. Sürücü Əyyub Salahlı isə xəsarət alıb.