Avtomobillər toqquşdu, yol kənarı ilə gedən piyada ÖLDÜ

img

Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində Bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil əvvəlcə “Mercedes-Benz” markalı avtomobillə toqquşub, daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: