Ermənistanın daha 2 hərbçisi YARALANDI

img

Erməni hərbi birləşmələrinin Azərbaycan-Ermənistan şərti sərhədinin Zod kəndi istiqamətində törətdiyi təxribat nəticəsində daha 2 hərbçisi yaralanıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yatıb. 

Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Hərbçilərdən birinin vəziyyəti qənaətbəxş, digərinin vəziyyəti ağır qiymətləndirilir", - məlumatda deyilir. 

Qeyd edək ki, qarşı tərəf mayın 11-də eyni istiqamətdə törətdiyi təxribatda 4 hərbçisinin yaralandığını açıqlamışdı. 

Xəbəri paylaş: