
Çinin xüsusi məsələlər üzrə səfiri Li Hui Ukrayna böhranı ilə bağlı məsləhətləşmələr aparmaq üçün bir sıra ölkələrə səfər edəcək.
Rezonans.az TASS-a istinadən xəbər verir ki, məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, səfərlər mayın 15-dən start götürəcək.
O, Rusiya, Almaniya, Polşa, Ukrayna və Fransaya ardıcıl şəkildə gedərək rəsmilərlə müzakirələr aparacaq.