“Qarabağ” Azərbaycan çempionu OLDU

img

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu bəlli olub.

Rezonans.az xəbər verir ki, 31-ci çempionatın qalibi adına “Qarabağ” yiyələnib.

Ağdam klubu XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. Komandanın heyətində 71-ci dəqiqədə Bəhlul Mustafazadə, 77 və 86-cı dəqiqələrdə isə Ramil Şeydayev fərqləniblər.

Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.

Xəbəri paylaş: