"Türkiyə Ermənistan-Azərbaycanla bağlı qəti qərar vermək məcburiyyətindədir" - Fuat Oktay

img

Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişəsi kimi məsələlərdə tez və qəti qərar vermək məcburiyyətindədir.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay “HaberTürk” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu baxımından ölkədə mövcud olan Prezident idarəetmə sistemi ən effektividir, müxalifət liderinin seçkiləri qazanacağı halda ortaqlarına vəd etdiyi vitse-prezidentlik vəzifələri isə dövlət idarəetmə sistemində maneələr yaradacaq.

Oktay əlavə edib ki, hazırki sistemdə son qərarı ölkə başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

Xəbəri paylaş: