"Neftçi" avrokuboklarda iştirak edə biləcək

img

"Neftçi" Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün başa çatmasına 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.

 

Rezonans.az xəbər verir ki, "Neftçi" buna XXIV turda "Səbail"ə qalib gəlməklə nail olub.

 

"ASCO Arena"dakı 1:0 hesablı qələbədən sonra xallarını 47-yə çatdıran paytaxt təmsilçisinin yeni mövsümdə ən azı UEFA Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşib.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinə 58 xalla "Qarabağ" başçılıq edir.

Xəbəri paylaş: