Sabah Neftçalada su olmayacaq

img

25 may 2023-cü il tarixində Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.

Bu barədə Rezonans.az-a qurumdan məlumat verilib.  

Bununla əlaqədar 24 may 2023-cü il tarixində gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq. 

Xəbəri paylaş: