Aydın Səfixanlının tədqiqat işi İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sessiyasında müzakirə edilib

img

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)-nın Aparat rəhbəri Aydın Səfixanlı İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü olaraq "Məcburi köçkünlərin hüquq və azadlıqları" mövzusunda hazırladığı tədqiqat işi bu gün həmin komissiyanın 21-ci sessiyası çərçivəsində müzakirəyə çıxarılaraq qəbul edilib.


Rezonans.az xəbər verir ki, bu barədə Aydın Səfixanlı özü facebook sosial şəbəkə hesabında məlumat verib.


Tədqiqat işində məcburi köçkünlərin beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları təhlil edilmiş, İƏT ölkələrində yaşayan məcburi köçkünlərin, o cümlədən, Azərbaycanda məcburi köçkünlərin erməni işğalı dövründə pozulmuş hüquq və azadlıqlarının bərpası, preventiv tədbirlərlərin görülməsi istiqamətində tövsiyyələr verilmiş, mövcud çətinliklər diqqətə çatdırılmışdır.

 

Qeyd etmək istərdim ki, tədqiqat işi Komissiya üzvləri tərəfindən yekdilliklə qəbul olunaraq İƏT MDİHK-nın rəsmi sənədləri sırasına daxil edilmişdir" - deyə Aydın Səfixanlı bildirib.

Xəbəri paylaş: