Altuğra səhiyyə nazirlərinin iclasında iştirak edəcək

Altuğra səhiyyə nazirlərinin iclasında iştirak edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) səhiyyə naziri İzlem Gürçağ Altuğra Cenevrədə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək.


Rezonans.az xəbər verir ki, ŞKTC Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ev sahibliyi ilə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Cenevrədə keçiriləcək İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında İ.G.Altuğranı nazirliyin müşaviri Deren Oygar müşayiət edəcək.

Xəbəri paylaş: