Qaluzin Samsar ilə Ermənistan və Azərbaycanı müzakirə etdilər

img

Mayın 25-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qaluzin Moskvada Türkiyənin Rusiya Federasiyasındakı səfiri Samsar ilə görüşüb.

Rezonans.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Zaqafqaziyadakı vəziyyət, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Rusiyanın yardımı ilə Bakı və İrəvan arasında normallaşma yollarına dair üçtərəfli sazişlərin icrası müzakirə edilib. Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivləri mövzusuna da toxunulub. Cənubi Qafqazda 3+3 Məşvərətçi Regional Platforması çərçivəsində qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanıb.

Qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: