
Dövlət Gömrük Komitəsində daha 2 rəhbər şəxs təqaüdə çıxıb.
Rezonans.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, general-mayor Güloğlan Muradlı və Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, polkovnik Rauf Rzayev təqaüdə göndərilib.