Ələtdə evdən 5500 manatlıq qızıl oğurlandı

img

Ələt qəsəbəsindəki evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Xəbəri paylaş: