
Göygöl rayonunda Heydər Əliyev ili ilə bağlı hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının və Gənclər idman idarəsinin birgə təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində “Mini futbol” üzrə rayon turnirinin final mərhələsi keçirilmişdir. Turnirdə rayonun idarə, müəssisə və təşkilatlarından 12 komanda mübarizə aparmışdır.
Rezonans.az xəbər verir ki, final mərhələsində Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Yanğından Mühafizə Hissəsinin və Elektrik Şəbəkəsinin komandaları iştirak etmiş, mübarizənin nəticələrinə görə Rayon Polis şöbəsinin komandası I yerə, Elektrik Şəbəkəsinin komandası II yerə, Yanğından Mühafizə Hissəsinin komandası III yerə, Rayon İcra Hakimiyyətinin komandası IV yerə layiq görülmüşdür.
Qalib komandalar YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tərəfindən kuboklar və fəxri fərmanlarla, Gənclər İdman idarəsi tərəfindən Diplomlarla təltif olunmuşlar.