Ərdoğan bu tarixdə Azərbaycana gələcək

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçildikdən sonra ilk xarici səfərlərini ənənəvi şəkildə davam etdirəcək.

Rezonans.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın ilk xarici səfəri iyun ayının 12-də Şimali Kıbrıs Türkiyə Cümhuriyyətinə (KKTC) olacaq. 

Daha sonra o, 13 iyunda Azərbaycana səfər edəcək. O, səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Xəbəri paylaş: