Rusiya Ukraynanın 2 şəhərini vurdu - Ölənlər var

img

Rusiya ordusu Ukraynanın mərkəzində yerləşən Vinnitsa vilayətinin Jmerınka və Kazatin şəhərlərini raket atəşinə tutub.

 

Rezonans.az xəbər verir ki, bu barədə Vinnitsa Regional Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Zərbələr nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.

 

Bildirilib ki, raketlər şəhərlərin yaxınlığındakı nəqliyyat infrastrukturunu hədəf alıb.

Xəbəri paylaş: