Hulusi Akar Almaniyaya gedir

Hulusi Akar Almaniyaya gedir

Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya səfər edəcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

O, Ukraynaya hərbi yardımla bağlı 30-a yaxın ölkənin müdafiə nazirlərinin iştirak edəcəyi görüşə qoşulacaq.

 

Görüş Almaniyada ABŞ-a məxsus Ramşteyn aviabazasında baş tutacaq.

Xəbəri paylaş: