Dünya Azərbaycanla Türkiyə arasında münasibətləri qibtə ilə izləyir.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, iki ölkə bütün məsələlərdə hər zaman bir-birinin yanındadır.
Ərdoğan əlavə edib ki, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə ortaq ticarət həcminin 15 milyard dollara çıxarılmasına dair qərar veriblər.










