1 tonluq qurbanlıq TOGG-unu bu qiymətə satışa çıxardı

img

Bütün müsəlman ölkələri müqəddəs Qurban bayramına hazırlaşır.  

Rezonans.az xəbər verir ki, Türkiyənin İstanbul şəhəri də bayram hazırlıqlarına başlayıb.  Belə ki,  şəhərin Sultanqazi adlanan ərazisində qurulan qurban bazarında 1 540 kiloqram çəkisi ilə TOGG adlı inək diqqət çəkib.

Buzovun qiyməti nə az nə çox 240 min lirə olduğu açıqlanıb ( 17 256 AZN). TOGG-un sahibi yerli KİV-ə açıqlamasında "TOGG çox itaətkar heyvandır. Yonca, qarğıdalı və şabalıdla bəsləmişəm. İnşallah Sultanqazidəki ən böyük qurbanlığı o qazanar",- deyib. 

Xəbəri paylaş: