Kaxovka SES-in partladılması nəticəsində ölənlərin sayı artıb

img

Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində 16 nəfərin öldüyü, 31 nəfərin itkin düşdüyü bildirilir.

Rezonans.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

16 nəfər: 14 nəfər Xerson vilayətində, 2 nəfər Nikolaev vilayətində ölüb. 31 nəfər itkin düşmüş hesab olunur", -  məlumatda qeyd olunub. 

Xatırladaq ki, Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib.

Xəbəri paylaş: