Prokurorluq Ağdamda tapılan kütləvi məzarlıqla bağlı MƏLUMAT YAYDI

img

Baş Prokurorluq Ağdamda aşkarlanan kütləvi məzarlıqla bağlı məlumat yayıb.

Prokurorluqdan Rezonans.az-a verilən məlumata görə, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: