"Şirkətlər keyfiyyətsiz dərmanları ölkəyə gətirməməlidir" - Komitə sədri

img

Antibiotiklərin apteklərdə satılmasına ciddi nəzarət olunmalıdır. 

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, qanuna əsasən, antibiotiklər reseptlə satılmalıdır. “Bu məsələyə ciddi nəzarət olunmalıdır. Antibiotiklərin reseptsiz satılması ən təhlükəli ağırlaşmalara səbəb ola bilər”.

Ə.Əmiraslanov qeyd edib ki, dərman vasitələrinin ölkəyə gətirilməsi və sertifikasiya məsələsinin sadələşdirilməsindən idxalçı şirkətlər sui-istifadə etməməlidir. 

" “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər bir çox narahatlıqları həll edəcək. Lakin müəyyən sadələşmələr gərək keyfiyyətə mənfi təsir etməsin. Əvvəl gətirilən dərman vasitələri aylarla gözlənilirdi, indi isə sənədləşmə işləri bir neçə gün çəkəcək. Ona görə də bundan istifadə edib idxalçı şirkətlər keyfiyyətsiz dərmanları ölkəyə gətirməməlidir”.

Xəbəri paylaş: