İki hərbi təyyarə toqquşdu - Ölü və yaralı var

img

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki yüngül hücum təyyarəsi havada toqquşub.

Rezonans.az xəbər verir ki, paytaxt Boqotanın şimalında baş verən qəza zamanı T-27 Tucano təlim təyyarəsinin pilotlardan biri ölüb.

Digər pilot xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbəri paylaş: