Fransada iğtişaşlarla əlaqədar yüzlərlə etirazçı saxlanılıb

img

Səhər saatlarında Fransada iğtişaşlarla əlaqədar yüzlərlə insan saxlanılıb.

Rezonans.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesbaında yazıb.

Nazir bütün ölkə üzrə 400-dən çox adamın hüquq-mühafizə saxlanıldığını açıqlayıb.

“Axşam saatlarından indiyədək 427 nəfəri həbs edən polisin qətiyyətli tədbirləri sayəsində gecə daha sakit keçdi”, - nazirin paylaşımında bildirilir.

İyulun 2-si bazar gününə keçən gecə 45 mindən çox fransız polisi və jandarmı vəzifəsini yerinə yetirib.

Xəbəri paylaş: