
Qazax polisi qan itirməkdən ölmək üzrə olan qadını xilas eləyib.
Ağstafa rayon sakini olan qadın hamiləliyində yaranan problem ilə bağlı kəskin qat itirərək Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Rezonans.az-ın əldə etdiyi məlumata görə dərhal əməliyyata alınan vətəndaşa təcili qan lazım olması, Gəncə şəhərində yerləşən Qan Bankından qanın gəlmə vaxtı gec olacağı barədə Qazax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları xəstəxanaya gələrək qan veriblər.
Aparılan tibbi müdaxilədən sonra qadının həyatını xilas etmək mümkün olub.