
2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilmiş cox hörmətli və dəyərli insan Mirsaleh Seyidov xidmət etdiyi bütün sahələrdə həmişə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, kollektivin hörmətini qazanmış, təqdirəlayiq fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2018-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə və Ədliyyə Nazirliyi rəhbərliyi tərəfindən 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Cənab Nazir müavini istər həmkarları, istərsə də cəmiyyət arasında dərin savadı, əxlaqı, şərqli mədəniyyəti, avropalı işgüzarlığı ilə diqqəti cəlb edən üstün məziyyətləri ilə hamının gözündə ciddi, tələbkar, təmənnasız və prinsipial rəhbər kimi ucalmışdır. Böyük erudisiyaya, geniş məlumata, zəngin həyat təcrübəsinə malik olan cox hörmətli Cənab Nazir müavini Mirsaleh Seyidov hələ daha əvvəl işlədiyi Əməliyyat-Rejim idarəsinin rəisi olarkən bütün şəxslərə, istər rəhbərliyi altında işlədiyi, istərsə də, tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmuşdur. Heç vaxt özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır.
Bu gün cənab Nazir müavini Mirsaleh Seyidov Penitensiar xidmətin rəhbəri kimi istənilən problemi həll edə biləcəyindən əmin olduğu üçün onun bu özgüvəni əməkdaşlara da müsbət təsir göstərir və onlar da problemlərin öhdəsindən gələcəklərinə inanmağa başlayırlar. Nəticədə, əməkdaşların motivasiyası və əminliyi müntəzəm olaraq artır. Bu isə öz növbəsində əməkdaşların uğur qazanmaq şansını yüksəldir. Cox hörmətli Mirsaleh müəllim təcrübəli və işini bilən əməkdaşlarla işləməyi çox sevir, savadlı, prinsipial və perspektivli kadrların irəli çəkilməsini daim dəstəkləmişdir.
Ailəcanlı, qohumcanlı, elcanlı, işini sevən cənab Nazir müavini Mirsaleh Seyidov "bütün işlər qaydasına düşməyincə" dincəlməyi özünə rəva bilməyən, "dünya düzəlməyincə" rahatlıq axtarmağa haqqı olmadığını düşünən insanlardandır.
Hər birimiz İnanırıq ki, dövlətimiz Azərbaycanda ən şərəfli peşə sahibi, çox hörmətli Mirsaleh Seyidovun ölkəyə xidmətlərindən hər bir vətəndaş hələ bundan sonra da xeyli faydalanacaq, bu tərəqqipərvər rəhbərimizin cəza-icra siyasətinin icrasında verdiyi sanballı töhfələri layiqincə dəyərləndirəcək, gələcək nəslə nümunə, etalon kimi göstərəcəkdir
Cənab Nazir müavini, kamilliyiniz qanunudur ki, illər ötdükcə rəhbər olaraq öz üzərinizə daha çox məsuliyyət götürürsünüz. Bu işlərdə Uca Allahdan sizə səbr, təmkin, güc və can sağlığı arzulayıram.
Rezonans.az-ın analitik qrupu