ABŞ səfirləri Bakıda bir araya gəldi

ABŞ səfirləri Bakıda bir araya gəldi

Amerika Birləşmiş Ştatlarınının Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri, dövlət katibinin köməkçisinin müavini Erika Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer, ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-ın Azərbaycandakı Səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

“Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”, - səfirliyin məlumatında qeyd olunub.

Xəbəri paylaş: