Heydər Əliyev ana dilimizə hər zaman diqqət və qayğı ilə yanaşırdı

img

Yüz illik Azərbaycan tarixini vərəqləsək görərik ki, yeraltı, yerüstü sərvətlərimiz, torpaqlarımız kimi Azərbaycan dili də zaman-zaman dəyişdirilib, təziqlərə məruz qalmışdı. 


1969-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızda milli  dilimizə olan münasibət də kökündən dəyişdi. SSRİ Konustitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması daha da gücləndirildi. Belə bir zamanda Ana dili məsələsinin təbliği ilə məşqul olmaq böyük cəsarət tələb edirdi. Heydər Əliyev bu çətin işin öhtəsindən də bacarıqla  gəldi. Azərbaycan  xalqının tale yüklübütün məsələlərinin  həlli  Ulu  Öndərin Heydər Əliyevin adı  ilə  bağlıdır.

Gözlərində açılır bu millətin səhəri.

Sənin adınla bağlı bu xalqın hər zəfəri.


70-ci   illərin  əvvəllərində  Ulu  Öndər Heydər  Əliyev Respublikamızda  milli dilimizə olan münasibəti  kökündən dəyişməyi  bacardı.


1991-ci ildə Azərbaycan  müstəqillik  qazandıqdan   sonra  Ulu  Öndərin  qarşıya qoyduğu təxirəsalınmaz, həlli vacib  məsələlərdən  biri də  Latın qrafikalı  əlifbaya keçmək oldu.

Azərbaycan Prezidentinin 2001-ci  il 9Avqust  tarixli  Fərmanı ilə  Avqustun  1-i  “Azərbaycan  Əlifbası və  Azərbaycan dili günü”kimi tariximizə qızıl həriflərlə yazıldı. Artıq 22 ildir ki, Ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətandaşlıq qüruru ilə qeyd edirik. 

Doğma Ana dilimiz olan Latın qrafikalı Azərbaycan dili xalqımızın mili sərvəti həmçinin kimliyidir. Bu bir tarixi gercəklikdir ki, dünyanın ən böyük liderləri içərisində o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran ikinci bir lider olmayıb. Hər bir xalqın özünüdərki bir millət kimi dünya xalqları içərisində tanınması üçün Ana dili amililin çox mühüm əhəmiyyəti var. Ona görədə Böyük tarixi şəxsiyyət Ana dilini Latın qrafikalı Azərbaycan dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.

Milli-mənəvi sərvətimizdən mənəviyyətimızdən bəhs olunanda ilk növbədə Ana dilimiz yada düşür. Əgər bir xalqın Ana dili yoxdursa, demək, həmin xalqın özüdə yoxdur. 

  Ulu Öndər Heydər Əliyev bunula da gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən ən mühüm olanını reallaştırdı.

“Hər bir xalqın milliliyini mənəvi dəyərini yaşadan, inkişaf etdirən onun dilidir”.  

Ulu Öndərimiz Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan dilinə mənəvi varlıq kimi yanaşaraq bu dilin adının dəyişdirilməsinin yol verilməz olduğunu xarektirizə etmişdir. “Bizim də öz qədim torpağımız, o taylı, bu taylı 50 milyondan çox millətimiz, məhz özümüzə mənsub adət-ənənəmiz, tariximiz, ədəbiyyatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən öz heyrətamiz əvəzsis qədim Azərbaycan dilimiz var. O bizim Ana laylamızdır, qılıncımızdır, xilaskarımızdır ən böyük mənəvi sərvətimizdir”.

Ümummilli liderimizin həyata keçirdiyi Ana dili siyasətini bu gün Azərbaycan Prezidenti Müzəffər Ali Baş komandanımız İlham Əliyev uğurla dəvam etdirir. Dövlət başçısının dilimizin saflığının qorunmasına, inkişaf etdirilməsinə və təbliğ olunmasına yönələn dil siyasəti, bu istiqamətdə apardığı genişmiqyaslı islahatlar, qəbul etdiyi fərman və sərancamlar öz müsbət nəticəsini verməkdədir. Hər bir azərbaycanlı, xüsusilə gənclər bundan sonrada bu məsələdə vətandaşlıq borcunu yerinə yetirməli, Ana dilimizə qayğı göstərməli, onun qorunması və inkişafı üçün bütün səylərini birləşdirməlidir.


Mənim mənliyimin füsünkarlığı


Danışan kamalı, ağlıdır dilim.

Millətin varlığı, yurdun varlığı

Sənin varlığına bağlıdır dilim!


Ofelya Rəhimova, 

YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının sədr müavini.

Xəbəri paylaş: