
Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verərkər ədalətli mövqeyə münasibət bildirib.
Dövlət başçısı qed edib ki, ikinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi.Bu Zəfər xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi oldu, tarixə milli qürürumuzun təntənəsi kimi həkk olundu.44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini,Ali Baş Komandan olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya bəyan etdi.
Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. İşğaldan azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib. Tarixdən də bəllidir, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi-mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan qüvvələr də müasir dövrün barbarlarıdır. Çünki işğal olunmuş kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsi, yağmalanması, barbarlıqdan, vandallıqdan, yırtıcılıqdan, vəhşi qəbilə şürunun daşıyıcısı olmaqdan başqa bir şey deyil. Düşmən xalqımıza məxsus maddi-mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Ermənistanın müdafiəsinə qalxan siyasi mərkəzlər bunları görməzliyə vurmaqla elə öz barbarlıqlarını nümayiş etdirirlər. Dağıdılmış yurd yerlərimizin hamısı tam qiymətləndiriləcək. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq.
Vətən müharibəsindəki qələbə 30 ilə yaxındır ki, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın yurd həsrətinə son qoydu. İllərdir ki, doğma el-oba nisgili ilə yaşayan məcburi köçkünlər ən müqəddəs arzularına qovuşdular. İndi onlar tezliklə kəndlərinə, evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.Azərbaycan Prezidenti İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi idi. Bu vəzifənin real olaraq həyata keçirilməsinə isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanılmışdı. 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması “Böyük Qayıdış”ın ilk addımı idi.Cocuq Mərcanlının qısa zamanda yenidən qurulması ondan xəbər verirdi ki, gün gələcək işğal altındakı torpaqlarımız da azad olunacaq və həmin ərazilər bərpa ediləcək. O gün yetişdi və “Böyük Qayıdış”ın növbəti mərhələsi, işğaldan azad olunan ərazilərin yenidən qurulması hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başladı. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir və Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil. “Böyük Qayıdış” bütün məsələlərə kompleks yanaşma tələb edir. Elə buna görə də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Hər il dövlət büdcəsi təsdiq edilən zaman işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq quruculuq işlərinə kifayət qədər maddi vəsait ayrılır.
30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. Cənab Prezidentimiz İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.
Qabil Misirov,
YAP Göygöl rayon təşkilatı üzrə 1 saylı ərazi partiya təşkilatının sədri