"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOCAR "Azəriqaz" İB rəhbərliyinin Xırdalan şəhərində vətəndaş qəbulu keçiriləcək.

Rezonans.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

7 avqust saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Abşeron  və Zəngilan sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz İstismarı Departamentinə (tel: 050 845 88 61; 050 845 85 31) müraciət edə bilərlər", - deyə məlumatda bildirilir.

Xəbəri paylaş: