Keçmiş məhkum oğurluğa görə tutuldu

img

Əvvəllər məhkum olunmuş şəxs oğurluğa görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 27-də rayon ərazisində iki evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Səmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: