
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
Rezonans.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” doğma meydanda “Səbail” komandasının qəbul edəcək. Tovuz şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Matçı Tural Qurbanov idarə edəcək.
Hazırda bölgə təmsilçisi 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bir xalı olan “Səbail” isə 9-cu sırada yer alıb.
Günün son oyununda ilk üç turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən “Zirə” 4 xalla 5-ci yerdə gedən “Sabah”ı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:30-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.