Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb.
Rezonans.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Odişanın Şərq əyalətinin paytaxtı Bhubaneşvarda baş verib.
Hadisə nəticəsində onlarla insan yaralanıb, 8 baş iribuynuzlu heyvanın heyvanın tələf olması da bildirilir.
Hindistan Meteorologiya Xidməti vətəndaşlara xəbərdarlıq edib ki, qeyri-sabit hava sentyabrın 7-dək davam edəcək.