Metroda siqaret çəkən şəxs saxlanıldı

img

Metroda siqaret çəkən şəxs saxlanılıb.

Bununla bağlı Rezonans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, şəxs müəyyən olunaraq saxlanılıb və hazırda araşdırma aparılır. Barəsində qanunamüvafiq tədbir görüləcək. 

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə metronun vaqonunda siqaret çəkən şəxsin görüntüləri yayılıb. 

Xəbəri paylaş: