FHN evi yararsız vəziyyətə düşən Qəbələ sakini üçün çadır qurdu

img

Fövqəladə Hallar Nazirliyinə (FHN) Qəbələ rayonu, Uludaş kənd sakini Asim Ağasadiq oğlu Mikayılova məxsus evin yağan intensiv yağışlar nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən Rezonans.az-a verilən məlumatda deyilir.

Bildirilir ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Uludaş kənd sakini Asim Mikayılov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Xəbəri paylaş: