Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2122 nəfərə çatıb, 2400-dən çox insan yaralanıb.
Rezonans.az xəbər verir ki, bu məlumatı krallığın Daxili İşlər Nazirliyinə istinadən “Əl-Cəzirə” telekanalı yayıb.
Mərakeşdə zəlzələ sentyabrın 8-i axşam saatlarında baş verib. 7 bal gücündə olan yeraltı təkanların episentri Əl-Hövz əyalətində yerləşib.
Mərakeş kralı VI Məhəmməd fəlakət zonasında evsiz qalan bütün insanlara təcili yardım göstərilməsini əmr edib. Ölkədə 3 günlük milli matəm elan edilib.