
İraqın Ənbar şəhərində ABŞ-ın Eyn əl-Əsəd hərbi hava bazası yaxınlığına 2 raket düşüb.
Rezonans.az xəbər verir ki, bu barədə İraq Polisinin Mətbuat İdarəsi məlumat yayıb.
Açıqlamada Ənbardakı Ayn əl-Əsəd bazası yaxınlığına 2 raketin düşdüyü, itkinin olmadığı bildirilib. Polis bölmələrinin araşdırmaya başladığı və təfərrüatların daha sonra ictimaiyyətlə paylaşılacağı qeyd edilib.