
Ukraynanın Mariupol şəhərinin “Azovstal” hissəsindən dinc sakinləri təxliyə etmək mümkün olub. Aralarında qadın və uşaqların da olduğu 20 nəfər “Azovstal”dan çıxarılıb.
Rezonans.az xəbər verir ki, bu barədə “Azov” alayının komandir müavini, kapitan Svyatoslav Palamarya məlumat verib.
"Saat 19:40-a kimi dağıntılar altından xilas edilmiş 20 mülki vətəndaşı razılaşdırılmış yerə köçürdük. Bunlar qadınlar və uşaqlardır”, - deyə Palamarya bildirib.
Xatırladaq ki, aprelin 28-də “Azovstal”da səhra xəstəxanasının partladılmasından sonra yaralıların sayı 600 nəfərə çatıb.