
Futbol üzrə Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində "Trabzonspor" və "Antalyaspor" komandaları qarşılaşıb.
Rezonans.az xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin qollarını Andres Kornelius (3), Dorukhan Toköz (62), “Antalyaspor” klubunun qollarını isə Alassan Ndao (51) və Haci Rayt (80) vurublar.
Bununla da “Trabzonspor” klubu 77 xalla çempionluğu vaxtından əvvəl təmin edib. Trabzonlular 38 illik çempionluq həsrətinə son qoyaraq, tarixində 7-ci dəfə qızıl medallara layiq görülüb.