Laçında "Ural" qəzaya düşdü - Ölənlər var (YENİLƏNİB)

img

Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.

Qurumdan Rezonans.az-a verilən məlumata görə, hadisə nəticəsində  həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.  


Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Rezonans.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. 

Araşdırma aparılır.

Xəbəri paylaş: