
Lerikdə ot bağlaması yanıb.
Rezonans.az FHN-nin saytına istinadən xəbər verir ki, Lerik şəhərində ümumi sahəsi 24 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlamasının 500 kiloqramı yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.