Quterreş BMT-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə GÖRÜŞƏCƏK

img

BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara son qoymağa və “davamlı və dərin dialoqa” başlamağa çağırıb.

Rezonans.az xəbər verir ki, Düjarrik “Əl-Cəzirə”yə bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 78-ci sessiyasında hazırda Nyu-Yorkda olan Ermənistan və Azərbaycan nümayəndə heyətləri ilə görüşəcək.

Düjarrikin sözlərinə görə, gec-tez bu məsələnin gündəmə gətiriləcəyinə şübhə yoxdur.

Xəbəri paylaş: