İranın nüvə silahı varsa, Səudiyyə Ərəbistanının da nüvə silahı olmalıdır".
Rezonans.az xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.
Onun sözlərinə görə, İranda nüvə silahının olması potensial təhlükədir:
"İran nüvə silahı əldə etsə də və ya hər hansı bir ölkə nüvə silahından istifadə etsə belə, bu, o deməkdir ki, onlar bütün dünya ilə müharibə aparırlar. Dünya başqa bir Xirosimanı görməməlidir. Əgər dünya 100 min insanın öldürüldüyünü görürsə, bu o deməkdir ki, siz dünyanın qalan hissəsi ilə müharibə edirsiniz".