Hesab edirəm ki, hazıe sənəd var və o sənəddə artıq hər şey deyilir. Yevlax danışıqları da həmin sənəd ətrafında aparılacaq və Qarabağın erməni əhalisinin taleyi həll olunacaq".
Rezonans.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin partiya rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
"Bu gün bir çoxları həmin sənədin imzalanması ilə bağlı hakimiyyəti tənqid edir, lakin bu gün heç kimin tənqid etməyə haqqı yoxdur, çünki Ermənistan hakimiyyəti Azərbaycan hakimiyyəti ilə üz-üzə dayanaraq "Artsax"ı tək qoyub. Ola bilər ki, xalqın bir hissəsi Ermənistana gəlsin, amma bir hissəsi orada qalacaq".
O, Azərbaycanın Qarabağda qətliam törədən erməniləri cəlladlarının təhvil verilməsi məsələsinə də toxunub: "Siyahıda kimin olduğunu bilmirəm, mən də o siyahıda ola bilərəm".