Ukrayna ordusu Rusiyanın iki qərargahını sıradan çıxarıb.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun komanda məntəqələrinə hücum edib və bir neçə yüz hərbçi öldürülüb:
"Hava-desant qüvvələrinin qərargahı, ikinci birləşmiş ümumi ordu qərargahı İzyuma iki zərbə endirib. Hətta ən az rəqəmlə hesablasaq bir yerdə 100, başqa yerdə 200, üçüncü yerdə azı 100 meyit hesablanıb. Rəqəmlərin yuxarı həddi 200-300-dür. Siz bilməlisiniz ki, bunlar yüksək rütbəli zabitlərdir”.










